XƏBƏRLƏR

Xəbərlər

BDU-nun Qazax filialında Bilik günü münasibətilə tədbir keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında Bilik günü və yeni dərs ilinin başlanması münasibətilə tədbir keçirilib. Tədbirdə filialın rəhbərliyi, professor-müəllim heyəti, tələbələr və onların valideynləri iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU Qazax filialının direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək müəllim və tələbələri yeni dərs ilinin başlanması münasibətilə təbrik edib, ən xoş arzularını çatdırıb. Bu il filialı seçən I kurs tələbələrinə yeni qədəm qoyduqları tələbəlik illərində uğurlar arzulayıb. Dövlət tərəfindən təhsil sahəsinə göstərilən diqqət və qayğıdan söz açan A.Rüstəmov təməli Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan, ölkə Prezidenti cənab İlham Əliyevin uğurla davam etdirdiyi təhsil konsepsiyasının məqsədinin milli məfkurəyə sahib, mənəviyyatca zəngin, sağlam əxlaqlı, yüksək ixtisaslı mütəxəssis vətəndaş hazırlamaqdan ibarət olduğunu və bu konsepsiyanın reallaşmasında Heydər Əliyev Fondunun prezidenti, Birinci vitse-prezident Mehriban Əliyevanın əməyini xüsusi qeyd edib.

Filialın Tərdris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Pedaqoji fakültənin dekanı Hamlet İlyasov, Tədris şöbəsinin müdiri Hürü Şamilova, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri İradə Arıxova çıxış edərək tələbə adını qazanmış gəncləri təbrik edib, ölkəmizdə təhsil sahəsinə olan diqqət və qayğıdan danışıblar.

Qəbul imtahanlarında 550 bal toplayaraq Riyaziyyat və informatika müəllimliyi ixtisasına qəbul olmuş Gülçin Abadovanın babası Teymur Abadov öz çıxışında keçirdiyi sevincli hisslərdən söz açaraq tələbələri təbrik edib.

Filialın direktoru Arif Rüstəmov bu il qəbul olmuş tələbələr arasında ən yüksək - 600-dən artıq bal toplayıb Riyaziyyat müəllimliyi ixtisasının I kursuna qəbul olmuş Röyal Piriyevə hədiyyə təqdim edib. Sonra R.Piriyev çıxış edərək BDU-nun Qazax filialını seçməklə düzgün addım atdığını, orta məktəbdə olduğu kimi ali təhsil ocağında da yüksək nailiyyətlər əldə edəcəyini söyləyib.

Tədbir aparıcı, təhsildə sosial-psixoloji xidmət ixtisasının IV kurs tələbəsi Aysun Bəndəliyeva filialın Mətbuat xidmətinin rəhbəri Elçin İsmayılın qələmə aldığı “Filialda” adlı şeirini oxuması ilə başa çatıb.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.