XƏBƏRLƏR

BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib

BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında Direktoryanı Şuranın növbəti iclası keçirilib. Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov giriş sözü ilə çıxış edərək iclasın gündəliyində duran məsələlər barəsində iştirakçılara məlumat verib.

İclasda “2025/2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının yekunlarının müzakirəsi”, “Apelliyasiya komissiyasının hesabatı” haqqında və digər cari məsələlər müzakirə olunub.

Qeyd olunan məsələlərlə əlaqədar filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, filialda yaradılmış Apelyasiya komissiyasının sədri, Pedaqoji fənlər kafedrasının müəllimi Təhməz Novruzov çıxış ediblər.

Müzakirə olunan məsələlər səsə qoyulub, qənaətbəxş hesab olunaraq qəbul edilib.

İclasda bir sıra cari məsələlərə də münasibət bildirilib.

Filialın Mətbuat Xidməti.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.