BDU Qazax filialında “Rəhbər heyətin nümunəvi Mülki Müdafiə məşqi” keçirilib
- Nəşr edilib 20.07.2026 08:49

BDU Qazax filialında “Rəhbər heyətin nümunəvi Mülki Müdafiə məşqi” keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında “Rəhbər heyətin nümunəvi Mülki Müdafiə məşqi” keçirilib. 2026-cı tədris ili üçün BDU Qazax filialının Mülki Müdafiə(MM) tədbirlər planına əsasən keçirilən tədbirdə MM qərargahı və hərbləşdirilməmiş qüvvələrin üzvləri iştirak edib.
Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb.
Sonra filialın MM qərargahının rəisi, Pedaqoji fənlər kafedrasının müəllimi Oktay Mahmudov çıxış edərək bildirib ki, məşqin keçirilməsində məqsəd MM planının reallığının yoxlanılması, fövqəladə hadisələr zamanı rəhbər heyətin funksional vəzifələrinin öyrənilməsi, işçilərin təhlükəsizliyini təmin edən tədbirlərin həyata keçirilməsi, fövqaladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı MM orqan qüvvələrinin idarə edilməsinin təşkilində rəhbər heyətin işlərinin operativliyinin artırılmasıdır.
Sonra tədbirdə MM qərargahının üzvləri çıxış ediblər.
Filialın Mətbuat Xidməti.












































































































































