XƏBƏRLƏR

BDU Qazax filialında Direktoryanı Şuranın genişləndirilmiş iclası keçirilib

BDU Qazax filialında Direktoryanı Şuranın genişləndirilmiş iclası keçirilib

11 fevral 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında Direktoryanı Şuranın genişləndirilmiş iclası keçirilib.

Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək iclasın gündəliyi barədə şura üzvlərinə məlumat verib. İclasda 2024/2025-ci tədris ilinin payız  semestrinin imtahan sessiyasının  nəticələri haqqında, 2024/2025-ci tədris ilinin yaz semestrinə hazırlığın vəziyyəti haqqında, Direktoryanı Şuranın yeni iş planının təsdiqi haqqında, pedaqoji (istehsalat, tədris) təcrübənin təşkili vəziyyətinə dair məsələlər müzakirə olunub.

Şura iclasının gündəliyinə daxil olan məsələlər haqqında filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, filialın Tədris şöbəsinin müdiri Hürü Şamilova və pedaqoji fənlər fakültəsinin dekan əvəzi Hamlet İlyasov çıxış ediblər.

Müzakirə olunan məsələlər səsə qoyularaq qənaətbəxş hesab olunub.

Eyni zamanda, islasda bir sıra cari məsələlər də müzakirə olunub.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.