XƏBƏRLƏR

BDU-nun Qazax filialında “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar mühazirə oxunub

BDU-nun Qazax filialında “Şəhərsalma və Memarlıq İli” ilə əlaqədar mühazirə oxunub

Bakı Dövlət Universitetinin Qazax filialında Qazax Rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə Azərbaycan Respublikasında 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi ilə əlaqədar “Ulu öndər Heydər Əliyevin fəaliyyəti sayəsində formalaşmış tarixi memarlıq ənənələri” mövzusunda mühazirə oxunub.

Filialın Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev giriş sözü ilə çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Filialının Tədris şöbəsinin müdiri Hürü Şamilova öz çıxışında Azərbaycanda şəhərsalma və memarlıq ənənələrinin çoxəsrlik zəngin bir tarixi olduğunu bildirib.

Qazax rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova “Ulu öndər Heydər Əliyevin fəaliyyəti sayəsində formalaşmış tarixi memarlıq ənənələri” mövzusunda mühazirə ilə çıxış edərək Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə Azəraycanda memarlıq və şəhərsalma sahəsində mühüm işlər görüldüyünü qeyd edib. Bildirib ki, bu gün Qarabağ və Şərqi Zəngəzurda geniş quruculuq işləri aparılır, azad edilmiş ərazilərdə müasir standartlara cavab verən yeni şəhərlər və yaşayış məntəqələri salınır.

Filialın Mətbuat Xidməti.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.