XƏBƏRLƏR

BDU Qazax filialının əməkdaşı Yubiley medalı ilə təltif olunub

BDU Qazax filialının əməkdaşı Yubiley medalı ilə təltif olunub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Fərmanı ilə təsis olunan “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)" Azərbaycan Respublikasının Yubiley medalı ilə Bakı Dövlət Universitetinin Qazax filialının Mətbuat üzrə mütəxəssisi Elçin Məmmədov (Elçin İsmayıl) da təltif olunub.

Qeyd edək ki, Yubiley medalı Medianın İnkişafı Agentliyi tərəfindən bu sahənin inkişafında xüsusi xidmətləri olan, mediada səmərəli fəaliyyət göstərən, uzun müddət bu sahədə çalışan əməkdaşlara verilir.

BDU Qazax filialının direktoru Arif Rüstəmov filialın kollektivi adından Elçin Məmmədovu Yubiley medalı ilə təltif olunması münasibətilə təbrik edib, gələcək fəaliyyətində uğurlar arzulayıb.

Filialın Mətbuat Xidməti.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.