BDU-nun Qazax filialında İnsan Hüquqları Aylığı çərçivəsində maarifləndirici tədbir keçirilib
- Nəşr edilib 05.06.2026 12:24

BDU-nun Qazax filialında İnsan Hüquqları Aylığı çərçivəsində maarifləndirici tədbir keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən elan edilmiş "İnsan Hüquqları Aylığı" çərçivəsində maarifləndirici tədbir keçirilib.
Tədbirdə Ümummilli lider Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra mövzu ilə bağlı videoçarx nümayiş olunub.
Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev tədbiri giriş sözü ilə açaraq insan hüquqlarının qorunmasının əhəmiyyətindən və gənclərin hüquqi maarifləndirilməsinin vacibliyindən danışıb.
Tədbirdə filialın İctimai və təbiət fənləri kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Mübariz Süleymanov, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin sektor müdiri Vəfa Cəbiyeva, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbəsi Zeynəb Mustafazadə və BDU Qazax filialının tələbəsi Ümid Əhməyev çıxış edərək hüquqi maarifləndirmə və gənclərin bu sahədə fəallığının artırılmasının əhəmiyyətindən danışıblar.









































































































































