BDU Qazax filialında info-sessiya keçirilib
- Nəşr edilib 06.03.2026 13:43

BDU Qazax filialında info-sessiya keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında “Şəhərsalma və Memarlıq ili” nə həsr olunmuş info-sessiya keçirilib. “Azərbaycanın rəqəmsal inkişaf strategiyası və Təhsil” mövzusunda keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, Qazax Dövlət Sosial İqtisadi Kollecinin, Qazax rayonu üzrə Təhsil sektorunun rəhbərliyi, filialın professor-müəllim heyəti, tələbələr iştirak edib.
BDU Qazax filialının direktoru Arif Rüstəmov çıxış edərək qeyd edib ki, fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə “Azərbaycanın yeni rəqəmsal arxitekturası” adlı vahid fəaliyyət planına həsr olunmuş müşavirə keçirilib. Müşavirədə ali təhsil müəssisələrinin bu prosesə fəal şəkildə cəlb olunması, insan kapitalının müasir çağırışlara uyğun hazırlanması və tədris proqramlarının rəqəmsal iqtisadiyyatın tələblərinə adaptasiyası xüsusi olaraq vurğulanıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bildirib ki, Prezident İlham Əliyevin sədrliyi ilə keçirilmiş müşavirədə rəqəmsallaşma, süni intellekt, kibertəhlükəsizlik və bu sahədə insan kapitalının, innovasiya ekosisteminin inkişafı istiqamətində planın hazırlanması prioritet hədəf olaraq müəyyən edilib. Yeni rəqəmsal inkişaf strategiyası bir məqsəd kimi qarşıya qoyulub və bu çağırışlar ali təhsil sisteminin yalnız texniki baxımdan deyil, həm də məzmun, metodologiya və idarəetmə modelləri baxımından transformasiyasını zəruri edir.
Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Riyaziyyat və informatika kafedrasının baş müəllimi Aygün Əliyeva “Rəqəmsallaşma və süni intellekt: yaranma tarixi və tətbiqi imkanları”, İctimai və təbiət fənləri kafedrasının müəllimlərindən Günay Binnətova “Təhsildə süni intelllektin rolu”, Nurlan Quliyev isə “Süni intellekt: Əmək bazarında yeni eranın başlanğıcı” mövzularında təqdimatlarla çıxış ediblər. Təqdimatlar slaydlarl vasitəsi ilə təqdim olunub.
Tədbirin sonunda filialın Tədris şöbəsinin müdiri Hürü Şamiolova çıxış edərək bu istəqamətlə keçiriləcək novbəti sessiyanın gündəliyi haqqında məlumat verib.
Filialın Mətbuat Xidməti.


















































































































































