XƏBƏRLƏR

BDU-nun Qazax filialında təlim keçirilib

BDU-nun Qazax filialında təlim keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında tələbələr üçün 2 günlük təlim keçirilib. Təlim “JOY” Uşaq İnkişafı Mərkəzi və BP şirkətinin birgə əməkdaşlığı ilə “Bilik öyrənməyin açarıdır” layihəsi çərçivəsində baş tutub. Təlimdə “Sosial iş”, “Məktəbəqədər təhsil” və “İbtidai sinif müəllimliyi” ixtisasları üzrə təhsil alan tələbələr iştirak edib.

Təlimin keçirilməsində məqsəd tələbələrə gələcək peşə fəaliyyətlərində öyrənmə çətinliyi olan uşaqların sosial və motor bacarıqlarının inkişafına dəstək verə biləcək təcrübi bilikləri qazandırmaq olub.

Təlimin sonunda iştirakçılara müvafiq sertifikatlar təqdim edilib.

Filialın Mətbuat Xidməti.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.