XƏBƏRLƏR

BDU Qazax filialında maarifləndirici tədbir keçirilib

BDU Qazax filialında maarifləndirici tədbir keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında “Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü” mövzusunda maarifləndirici tədbir keçirilib. Tədbirdə filialın professor-müəllim heyəti, tələbələr iştirak edib.

Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov giriş sözü ilə çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, narkomaniya bu gün dünyanı narahat edən əsas problemlərdən biridir. Bunun üçün ilk növbədə gəncliyi narkomaniyanın dəhşətli fəsadlarından qorumaq, narkomanlığa qarşı mübarizə istiqamətində dövlət tərəfindən görülən işlər barədə onların məlumatlılığını daha da artırmaq lazımdır.

Filialın İctimai və təbiət fənləri kafedrasının müəllmi Kənan Abbasov məruzə ilə çıxış edərək narkomaniyanın cəmiyyətimizə vurduğu zərərdən ətraflı söz açıb.

Sonra Pedaqoji fakültənin dekanı Hamlet İlyasov, İctimai və təbiət fənləri kafedrasının baş müəllimi, pedaqogika üzrə fəlsəfə doktoru Mübariz Süleymanov, Pedaqogika kafedrasının müəllimi Gülnar Abdullayeva, Tələbə Gənclər Təşkilatının sədri Aysu Bəndəliyeva çıxış edərək narkomaniyanın cəmiyyətin gələcəyi üçün çox böyük təhlükə doğurduğu diqqətə çatdırıb, ona qarşı mübarizədə hər birimizin səfərbər olmasını qeyd ediblər.

Filialın Mətbuat Xidməti.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.