BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib
- Nəşr edilib 29.05.2025 12:44

BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib
29 may 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında Direktoryanı Şuranın növbəti iclası keçirilib.
Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək iclasın gündəliyi barədə şura üzvlərinə məlumat verib. İclasda 2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında, Dövlət Attestasiya Komissiyasının (DAK-ın) imtahanlarına hazırlıq, buraxılış işlərinin, dissertasiya müdafiələrinin yerinə yetirilməsi və kurs işlərinin müdafiəsinin vəziyyəti haqqında və cari məsələlər müzakirə olunub.
2024/2025-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasına hazırlığın vəziyyəti haqqında filialın Tədris şöbəsinin müdiri Hürü Şamilova çıxış edərək imtahanların şəffaf və obyektiv keçirilməsi üçün lazım olan bütün hazırlıq işlərinin görüldüyünü bildirib.
DAK-ın imtahanlarına hazırlıq, buraxılış işlərinin, dissertasiya müdafiələrinin yerinə yetirilməsi və kurs işlərinin müdafiəsinin vəziyyəti haqqında filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov çıxış edərək cari ildə filialda görülən elmi işlər haqqında məlumat verib.
Müzakirə olunan hər iki məsələ səsə qoyularaq müvafiq qərarlar qəbul edilib.
Eyni zamanda, şura iclasında bir sıra cari məsələlər də müzakirə olunub.
Filialın Mətbuat Xidməti














































































































































