XƏBƏRLƏR

BDU Qazax filialı Direktorluğunun iclası keçirilib

BDU Qazax filialı Direktorluğunun iclası keçirilib

10 iyul 2024-cü il tarixində Bakı Dövlət Universitetinin Qazax filialı Direktorluğunun növbəti  iclası keçirilib. Filialın direktoru Arif Rüstəmov iclası açıq elan edərək gündəlikdə duran məsələlər haqqında iştirakçılara məlumat verib.

İclasın gündəliyinə daxil olan BDU-nun Qazax filialında 2023/2024-cü tədris ilinin yaz semestrinin imtahan sessiyasının yekunları haqqında məsələ geniş müzakirə olunub. Filialın Tədris şöbəsinin müdiri Hürü Şamilova yaz semestrinin imtahan sessiyası barədə ətraflı məlumat velib. Aparılan geniş müzakirələrdən sonra sessiyanın gedişatı ilə bağlı məsələ səsə qoyularaq qənaətbəxş hesab olunub.

Filialın direktoru Arif Rüstəmov məlumatları dinlədikdən sonra kafedra müdirlərinə və aidiyyatı struktur rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verib.

İclasda eyni zamanda, bir sıra cari məsələlər də müzakirə olunub.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.