Şəhid leytenant Məhəmməd Məmmədova həsr olunmuş kitabın təqdimatı keçirilib
- Nəşr edilib 10.12.2024 16:41

Şəhid leytenant Məhəmməd Məmmədova həsr olunmuş kitabın təqdimatı keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında şəhid leytenant Məhəmməd Məmmədova həsrn olunmuş “Cənnətdə qovuşan sevgililər” kitabının təqdimatı keçirilib. Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə şəhid ailələrinin üzvləri, tələbələr, qonaqlar iştirak edib.
Tədbir şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başıayıb.
Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək müəllifi təbrik edib, gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində yeni kitabın mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Sonra Elmar Sahib çıxış edərək müəllif olduğu kitabın 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş, ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuş filialın məzunu Məhəmməd Məmmədovun ömür yolundan bəhs etdiyini bildirib.
Filialın Mətbuat Xidmətinin rəhbəri Elçin İsmayıl, İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov, kafedranın müəllimi Ülviyyə Bayramova, tələbələrdən filialın Tələbə Həmkarlar Təşkilatının sədri, müharibə iştirakçısı Qılınc Cəfərov, Nərmin Kazımova, qonaqlardan Ülviyyə Əsədova çıxış edərək kitabı yüksək qiymətləndirərək müəllifə yeni yarardıcılılq uğurları arzulayıblar.
Filialın Mətbuat Xidməti













































































































































