BDU Qazax filialında elmi seminar keçirilib
- Nəşr edilib 18.03.2025 12:10

BDU Qazax filialında elmi seminar keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialının Riyaziyyat və informatika kafedrasında müəllimlərin pedaqoji və elmi səviyyəsinin yüksəldilməsi üçün təşkil olunan və müntəzəm olaraq davam etdirilən elmi seminarın 2024/2025-ci tədris ilinin II semestri üçün növbəti məşğələsi olub.
Kafedranın baş müəllimi Şahilə Əmirova “Matrislər haqqında məlumat” mövzusunda çıxış edib.
Məruzədən sonra seminar iştirakçılarının verdikləri suallar məruzəçi tərəfindən cavablandırılıb.
Filialın Mətbuat Xidməti









































































































































