XƏBƏRLƏR

BDU-nun Qazax filialında “Məzun günü” keçirilib

BDU-nun Qazax filialında  “Məzun günü” keçirilib

İyunun 20-də Bakı Dövlət Universitetinin Qazax filialında 2025-2026-cı tədris ilinin “Məzun günü” keçirilib.

Filialın tədris binasının həyətində keçirilən tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.

BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək əlamətdar gün münasibətilə məzunları təbrik edib, onlara ən xoş arzularını bildirərək gələcək fəaliyyətlərində nailiyyətlər arzulayıb. Prezident İlham Əliyevin rəhbərliyi, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısı ilə ölkəmizdə ali təhsil sahəsində həyata keçirilən uğurlu təhsil siyasətindən bəhs edən A.Rüstəmov  filialın son illərdə əldə etdiyi nailiyyətlərdən də danışıb. Qeyd edib ki, hər il olduğu kimi bu il də magistratura və müəllimlərin işə qəbulu imtahanlarında məzunlarımız respublikada yüksək göstəricilərə nail olurlar.

Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, Pedaqoji fakültənin dekanı Hamlet İlyasov, Tədris şöbəsinin müdiri Hürü Şamilova tədbirdə çıxış edərək məzunları təbrik edib, ən xoş arzularını bildiriblər. Məzunlardan Qılınc Cəfərov, Sanılı Nofəl çıxış edərək yüksək səviyyədə ali təhsil aldıqları üçün filialın rəhbərliyinə, dərs deyən müəllimlərə, onların üzərində əməyi keçən filialın bütün əməkdaşlarına tələbələr adından öz dərin minnətdarlıqlarını bildiriblər. Çiçək Sanılı valideynlər adından çıxış edərək övladlarına şəffaf şəraitdə və yüksək səviyyədə ali bilik verdiklərinə görə filialın rəhbərliyi başda olmaqla bütün professor-müəllim heyətinə valideynlərin təşəkkürlərini çatdırıb.

Sonra tədris illərində fərqlənən bir qrup tələbəyə Təşəkkürnamələr təqdim olunub.

Çıxışlar başa çatdıqdan sonra tədbir rəngarəng musiqi proqramı ilə davam edib.

Filialın Mətbuat Xidməti.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.