BDU-nun Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib
- Nəşr edilib 14.09.2026 13:02

BDU-nun Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib
14 sentyabr 2026-cı il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib.
Filialın direktoru Arif Rüstəmov çıxış edərək iclasın gündəliyi barədə iştirakçılara məlumat verib.
İclasda Direktoryanı Şuranın illik iş planının müzakirəsi və təsdiqi haqqında, 2026/2027-ci tədris ilinə hazırlığın vəziyyəti haqqında, Təkrar YDA imtahanlarının təşkili və keçirilməsi haqqında məsələlər müzakirə olunub.
Qeyd olunan məsələlər barəsində filialın direktoru Arif Rüstəmov, Pedaqoji fakültənin dekanı Hamlet İlyasov, Tədris şöbəsinin müdiri Hürü Şamilova çıxış ediblər.
İslasda müzakirə olunan məsələlər səsə qoyularaq qənaətbəxş hesab olunub.
İclasın sonunda filialın direktoru Arif Rüstəmov müzakirə olunan məsələlərlə əlaqədar kafedra müdirlərinə və aidiyyatı struktur rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.
İclasda eyni zamanda, bir sıra cari məsələlər də müzakirə olunub.
Filialın Mətbuat Xidməti







































































































































