XƏBƏRLƏR

BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib

BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib

28 yanvar 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib. Filialın direktoru Arif Rüstəmov çıxış edərək iclasın gündəliyi barədə iştirakçılara məlumat verib.

İclasda 2024/2025-ci tədris ilinin payız  semestrinin imtahan sessiyasının  gedişatı haq-qında, BDU-nun Qazax filialında professor-müəllim heyətinin 2024-cü il üzrə reytinq qiymətləndirməsinin nəticələri haqqında məsələlər müzakirə olunub.

Qeyd olunan məsələlər barəsində filialın direktoru Arif Rüstəmov, filialın Tədris şöbəsinin müdiri Hürü Şamilova çıxış ediblər.

Müzakirə edilən məsələlər haqqında müvafiq qərarlar qəbul edilib.

İclasın sonunda filialın direktoru Arif Rüstəmov müzakirə olunan məsələ ilə əlaqədar kafedra müdirlərinə və aidiyyatı struktur rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.