XƏBƏRLƏR

BDU-nun Qazax filialında filialın şəhid məzunlarına həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin I Elmi Konfransı keçirilib

BDU-nun Qazax filialında filialın şəhid məzunlarına həsr olunmuş  Tələbə Elmi Cəmiyyətinin I Elmi Konfransı keçirilib

8 iyun 2024 cü il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında filialın şəhid məzunları - leytenant Məhəmməd Məmmədov və baş leytenant Niftalı Orucovun xatirəsinə həsr olunmuş Tələbə Elmi Cəmiyyətinin I Elmi Konfransı keçirilib.

Tədbir iştirakçıları filialın foyesində 44 Günlük Vətən Müharibəsi şəhidlərinə və filialın şəhid məzunlarına həsr olunmuş güşəyə baxıb, şəhidlərə həsr olunmuş kitablarla tanış olublar.

Filialın Heydər Əliyev auditoriyasında keçirilən plenar iclas şəhidlərin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək tədbirdə iştirak etdiklərinə görə şəhid ailələrinə minnətdarlığını bildirib, keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışaraq konfransın işinə uğurlar arzulayıb.

Sonra şəhid analarından Telxanım  Eynalova və Yaqut  Məmmədova çıxış edərək elmi konfransın övladlarının xatirəsinə həsr edilməsinə görə filialın rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirdə şəhid məzunlara həsr edilmiş slayd nümayiş olunub.

Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov məruzə ilə çıxış edərək keçirilən konfransın tələbələrin gələcək elmi fəaliyyətlərində mühüm rol oynayacağına əmin olduğunu bildirib.  

Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri İradə Arıxova, İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova və Tələbə Elmi Cəmiyyətinin sədri, filiologiya ixtisasının IV kurs tələbəsi, Telli Nəsibova çıxış edərək konfransın işini yüksək qiymətləndiriblər.

Çıxışlar başa çatdıqdan sonra konfrans öz işini bölmə iclaslarında davam etdirib.

Konfransın sonunda iştirakçılara sertifikatlar təqdim olunub.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.