XƏBƏRLƏR

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

 

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında 15 İyun - Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə filialın professor-müəllim heyəti, tələbələr iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Ümummilli Lider Heydər Əliyevin, respublikamızın ərazi bütövlüyü, ölkəmizin müstəqilliyi, suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi birdəqiqəlik sükutla yad edilib.

BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov tədbiri giriş sözü ilə açaraq 15 İyun – Milli Qurtuluş Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən danışıb. Qeyd edib ki, 1991-ci ildə ölkəmiz yenidən öz müstəqilliyinə qovuşdu. Lakin müstəqilliyin qorunub saxlanılması, möhkəmləndirilməsi onun əldə olunmasından çətin olduğu dövrdə xalqımız xilas yolunu yalnız Ulu Öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə qayıtmasında gördü. A.Rüstəmov xalqımızın dahi rəhbərə güvənib arxalandığını qeyd edərək Ulu Öndər Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğundakı müstəsna xidmətlərindən ətraflı söz açıb. Bildirib ki,  Prezident İlham Əliyevin qətiyyətli idarəçiliyi nəticəsində ölkəmizin davamlı inkişaf yolunda irəliləyir və tarixi nailiyyətlər əldə edir.

Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov,  İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Ülviyyə Bayramova, II kurs tələbəsi, TEC-in sədri Gülər Məmmədli çıxış edərək 15 İyun – Milli Qurtuluş Günü münasibətilə təbriklərini, səmimi ürək sözlərini bölüşüblər.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.