BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib
- Nəşr edilib 29.12.2025 18:57

BDU Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib
29 dekabr 2025-ci il tarixində Bakı Dövlət Universitetinin Qazax filialında Direktoryanı Şuranın iclası keçirilib. Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə müəllim və tələbələri təbrik edib, ən xoş arzularını bildirib.
Sonra iclasın gündəliyində duran məsələlər barəsində iştirakçılara məlumat verib. İclasda “2025/2026-cı tədris ilinin payız semestrinin imtahan sessiyasının təşkili haqqında”, “Bakalavriat səviyyəsində buraxılış işlərinin mövzuları və elmi rəhbərlərinin təsdiqi haqqında”, “Təcrübə keçmə ilə əlaqədar hazırlanmış sənədlərin müzakirəsi haqqında” və digər cari məsələlər müzakirə olunub.
Qeyd olunan məsələlər barəsində filialın direktoru Arif Rüstəmov, filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, filialın Tədris şöbəsinin müdiri Hürü Şamilova çıxış ediblər. Pedaqoji fakültənin dekanı Hamlet İlyasov, Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasının müdiri İradə Arıxova müzakirələrdə iştirak ediblər.
Müzakirə olunan məsələlər səsə qoyularaq qənaətbəxş hesab olunub.
İclasın sonunda filialın direktoru Arif Rüstəmov müzakirə olunan məsələlərlə əlaqədar kafedra müdirlərinə, aidiyyatı struktur rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələr verib.
İclasda bir sıra cari məsələlərə də münasibət bildirilib.
Filialın Mətbuat Xidməti.











































































































































