BDU-nun Qazax filialında maarifləndirici tədbir keçirilib
- Nəşr edilib 19.12.2025 12:52

BDU-nun Qazax filialında maarifləndirici tədbir keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında “Gənclər arasında ailə dəyərlərinin təbliği” mövzusunda maarifləndirici tədbir keçirilib.
Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, Azərbaycan xalqının çox gözəl və zəngin ailə ənənələri var. Cəmiyyətin inkişafı ailələrin inkişafından asılıdır. Ailə dəyərləri hər bir azərbaycanlı üçün müqəddəsdir. Gənclər bu ənənəni davam etdirməlidir.
İctimai və təbiət fənləri kafedrasının müəllimi Kənan Abbasov məruzə ilə çıxış edərək müasir dünyamızda qloballaşmanın geniş vüsət aldığı bir zamanda milli-mənəvi dəyərlərin qorunub saxlanmasının vacibliyini bildirib.
Sonra pedaqoji fakültənin dekanı Hamlet İlyasov, İctimai və təbiət fənləri kafedrasının müəllimi Tahirə Rəhimova, Nurlan Quliyev, Tələbə Gənclər Təşkilatının sədri Aysu Bəndəliyeva çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.
Filialın Mətbuat Xidməti










































































































































