- Nəşr edilib 27.05.2024 10:52

BDU-nun Qazax filialının İctimai və təbiət fənlər kafedrasında elmi işlərin hesabatı keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialının “İctimai və təbiət fənləri” kafedrasında 2023-2024-cü tədris ilində Tələbə Elmi Cəmiyyətinin (TEC-nin) üzvü olan tələbələrin yerinə yetirilmiş elmi işlərinin hesabatı keçirilib.
Elmi işlərin hesabatında filialın Tədris və elmi işlər üzrə direktor müavini dosent Məmməd Yusifov, İctimai və təbiət fənləri kafedrasının müdiri dosent Arif Veyisov, eyni zamanda kafedranın müəllimlərindən baş müəllim Emilya Əmirova, müəllimlərtdən Pəri Məmmədova, Tərlan Bədəlova, Həqiqət Mehdiyeva, Əfsanə Əsgərova, Elgünara Alməmmədova iştirak edib.
Pedaqoji fakültənin tarix, tarix müəllimliyi, tarix-coğrafiya müəllimliyi, kimya-biologiya müəllimliyi, sosial iş, turizm işinin təşkili ixtisasları üzrə tələbələr müxtəlif mövzularda çıxış ediblər.
Hesabatda 24 tələbə iştirak edib.
Filialın Mətbuat Xidməti


















































































































































