XƏBƏRLƏR

BDU-nun Qazax filialı ilə Ərzincan Binəli Yıldırım Universiteti arasında əməkdaşlıq müqaviləsi imzalanıb

Bakı Dövlət Universitetinin Qazax filialı ilə Türkiyənin Ərzincan Binəli Yıldırım Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb.

BDU-nun Qazax filialında  keçirilən müqavilənin imzalanma mərasimi Azərbaycan və Türkiyənin Dövlət Himnlərinin səsləndirilməsi ilə başlayıb.  Sonra Ulu öndər Heydər Əliyevin, Mustafa Kamal Atatürkün və şəhidlərin xatirəsi sükutla yad edilib. Hər iki dövlətin başçılarının görüşlərini əks etdirən video-çarx nümayiş olunub.

BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov  imzalanma  mərasimində giriş sözü ilə çıxış edərək əməkdaşlıq müqaviləsinin məqsəd və əhəmiyyətindən danışıb. Qeyd edib ki, müqavilə tərəflər arasında təhsil və elm sahəsində uzunmüddətli əməkdaşlıq, tədris prosesində elmi nailiyyətlərin tətbiqi və təcrübə mübadiləsi, qarşılıqlı fayda əldə edilməsi, yüksək ixtisaslı kadrların hazırlanması, elmi potensialın inkişafı, elmi və mədəni əlaqələrin qurulması, elmi araşdırma və təhsil sahəsində əlaqələrin inkişafı və möhkəmləndirilməsi məqsədi daşıyır. A.Rüstəmov göstərdiyi dəstəyə görə  Elm və Təhsil Naziri Emin Əmrullayevə, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayevə, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova öz dərin minnətdarlığını bildirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçsının müavini Gülaya Həsənova tədbirdə çıxış edərək  Azərbaycan və Türkiyə dövlətlərinin sıx birliyindən, qardaşlıq əlaqələrindən ətarflı söz açıb. Universitetlər arasında imzalanacaq birgə əməkdaşlıq müqaviləsinin əlamətdar hadisə olduğunu bildirib.

Ərzincan Binəli Yıldırım Universitetinin rektoru  A.Leventin rəsmi nümayəndəsi doktor Ali Kafkasiyalı tədbirdə çıxış edərək rektorun salamlarını çatdırıb. O, hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlığın qurulmasından məmnunluğunu ifadə edib, birgə fəaliyyətin faydalı olacağına əminliyini bildirib. Tərəflər arasında bağlanan müqavilənin həm müəllimlərin, həm də tələbələrin gələcək inkişafında əhəmiyyətli rol oynayacağı diqqətə çatdırılıb.

Ərzincan Binəli Yıldırım Universitetinin Hüquq və iqtisadiyyat üzrə magistr tələbəsi Kənan İsmayılzadə, AMEA-nın Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru İlhamə Qəsəbova öz çıxışlarında ali təhsil müəssisələri arasında əməkdaşlığın gələcəkdə elmin və təhsilin inkişafına böyük tövhələr verəcəyini qeyd ediblər.

Sonra imzalanma mərasimi olub.

BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov və Ərzincan Binəli Yıldırım Universitetinin təmsilçisi, doktor Ali Kafkasiyalı əməkdaşlıq müqaviləsini imzalayıblar.

Tədbirin sonunda xatirə hədiyyələri verilib.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.