BDU Qazax filialında narkomaniyaya qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilib
- Nəşr edilib 24.11.2026 15:00

BDU Qazax filialında narkomaniyaya qarşı mübarizə ilə bağlı maarifləndirici tədbir keçirilib
Bakı Dövlət Universitetinin Qazax filialında narkomaniyaya qarşı mübarizə ilə əlaqədar maaarifləndirici tədbir keçirilib.
Qazax Rayon İcra Hakimiyyətində hüquq və kadr məsələləri sektorunun müdiri Ülviyyə Orucova giriş sözü ilə çıxış edərək tədbirin məqsəd və əhəmiyyətindən danışıb. Bildirib ki, tədbir Prezident İlham Əliyevin imzaladığı 17 sentyabr 2025-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Sərəncamdan irəli gələn vəzifələrlə əlaqədar keçirilir.
Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının baş məsləhətçisi Şahin İsmayılov çıxış edərək edərək bildirib ki, bəşəriyyət üçün ən böyük bəlalardan olan narkomaniyanın törətdiyi fəsadlara qarşı mübarizə bu gün aktual xarakter daşıyır. Qeyd edib ki, bu təhlükəli təzahür insan cəmiyyətinin mənəvi və əxlaqi dəyərlərinə zərbə vuran, sosial-iqtisadi inkişafa mənfi təsir göstərən, insanların həyat və sağlamlığına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına səbəb olan amildir. Bildirib ki, narkomaniyaya qarşı mübarizəni gücləndirməklə gələcəyimizi, sağlamlığımızı qorumaq, dövlətçiliyimizi daha da möhkəmləndirmək lazımdır.
Çıxış slayt vasitəsilə təqdim olunub.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar cavablandırılıb.
Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov çıxış edərək yüksək səviyyədə maaarifləndirici tədbir keçirdiklərinə görə təşkilatçılara minnətdarlığını bildirib.
Filialın Mətbuat Xidməti.

































































































































