XƏBƏRLƏR

BDU Qazax filialının əməkdaşının S.Vurğun haqqında kitabı çap olunub

BDU Qazax filialının əməkdaşının  S.Vurğun haqqında kitabı çap olunub

Bakı Dövlət Universitetinin Qazax filialının əməkdaşı, şair-publisist Elçin İsmayılın yeni kitabı nəşr olunub. Prezident İlham Əliyevin Səməd Vurğunun 120 illiyinin qeyd edilməsi haqqında Sərəncamına uyğun olaraq çap edilmiş “Demə Səməd Vurğun gəldi-gedərdi” adlı kitabın redaktoru BDU Qazax filialının direktoru, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Arif Rüstəmovdur. Azərbaycan Mətbuat Şurasının sədri, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid kitaba ön söz yazıb.

Elçin İsmayıl yeni kitabında  böyük sənətkarın həyat və fəaliyyətindən bəhs edərək Səməd Vurğunun yaşadığı işıqlı ömür və keçdiyi ədəbi yaradıcılıq yolunu geniş şəkildə işıqlandırıb. Kitabda böyük söz ustadı haqqında dövlət xadimlərinin, tanınmış elm və incəsənət adamlarının, şair və yazıçıların ürək sözləri verilmişdir. Səməd Vurğunla bağlı ilk dəfə çap olunan xatirələr şairin həyatının ayrı-ayrı məqamlarını özündə geniş şəkildə əks etdirir. ”Demə Səməd Vurğun gəldi-gedərdi” kitabı böyük şairin həyat və yaradıcılığna bir daha nəzər salmaq, onun ədəbi irsinin müasir dövrümüz üçün əhəmiyyətini diqqətə çatdırmaq və gələcək nəsillərin bu böyük sənətkarı daha yaxından tanıması baxımından olduqca əhəmiyyətlidir. 

”Demə Səməd Vurğun gəldi-gedərdi” kitabı Elçin İsmayılın oxucularla 16-cı görüşüdür.

Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.