BDU-nun Qazax filialında TGT-nin konfransı keçirilib.
- Nəşr edilib 09.10.2025 06:42

BDU-nun Qazax filialında TGT-nin konfransı keçirilib.
BDU Qazax filialında Tələbə Gənclər Təşkilatının(TGT-nin) konfransı keçirilib. Tədbirdə filialın Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Qasım Əliyev, Mətbuat xidmətinin rəhbəri Elçin Məmmədov çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən danışıblar. Sonra tələbələr çıxış edərək TGT-nin idarəedici strukturuna seçilmək üçün özlərini təqdim ediblər.
Konfransda açıq səsvermə yolu ilə TGT-na sədr, müavinlər və idarə heyətinə 13 nəfər üzv seçilib. Təhsildə sosial-psixoloji xidmət ixtisasının II kurs tələbəsi Aysun Bəndəliyeva sədr, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisasının II kurs tələbəsi Tərlan Aslanlı və Sosial iş ixtisasının II kurs tələbəsi Əli Becanov isə müavin seçiliblər.
Filialın Mətbuat Xidməti.














































































































































