XƏBƏRLƏR

BDU-nun Qazax filialının direktoru pedaqoji təcrübə və internatura keçən tələbələrin açıq dərslərində iştirak edib

 

BDU-nun Qazax filialının direktoru pedaqoji internatura keçən tələbələrin açıq dərslərində iştirak edib

Fevral ayının 17-dən Bakı Dövlət Universitetinin Qazax filialında buraxılış kurs tələbələrinin 2024/2025-ci tədris ili üçün təcrübə (pedaqoji,  tədris,  istehsalat) prosesi başlayıb.

Təcrübə və internaturada İbtidai sinif müəllimliyi, Tarix və coğrafiya müəllimliyi, Tarix müəllimliyi, Riyaziyyat və informatika müəllimliyi, Riyaziyyat müəllimliyi, İnformatika müəllimliyi, Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi, Kimya və biologiya müəllimliyi, Məktəbəqədər təhsil, Təhsildə Sosial Psixoloji Xidmət, Tarix, Filologiya(Azərbaycan dili və ədəbiyyatı),Turizm işinin təşkili, Sosial iş ixtisaslarının IV və V kurslarında təhsil alan 257 nəfər tələbə iştirak edir. 

Tələbələr Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbdə, Qazax şəhər 3 saylı Körpələr Evi-Uşaq bağçasında, 6 saylı Körpələr Evi-Uşaq bağçasında, “1-inci” Psixologiya Mərkəzində, Qazax Olimpiya İdman Kompleksində, BDU-nun Qazax filialında təcrübə keçirlər.

Aprelin 8-də BDU-nun Qazax filialının direktoru Arif Rüstəmov tələbələrin pedaqoji internatura və tədris təcrübəsi keçdikləri məktəb, bağça və Psixologiya Mərkəzində olub, dərslərdə iştirak edərək tələbələrin dərsə hazırlıq səviyyəsi və şagirdlərlə işləmək bacarığı ilə maraqlanıb.  

Arif Rüstəmov təcrübə və internatura keçən tələbələrə daim öz üzərilərində çalışmalarını, təcrübəli müəllimlərdən bəhrələnməyi tövsiyə edib. Azərbaycan təhsilinin, körpə balaların parlaq gələcəyi naminə qarşılarına qoyduqları məqsədə çatmalarını, nümunəvi müəllim kimi hər zaman xoş sədalarının gəlməsini arzulayıb. 

Tələbələr verdiyi dəyərə görə filial rəhbərinə təşəkkürlərini çatdırıb, onlara yaradılmış şəraitə görə təcrübə keçdikləri müəssisələrin rəhbərliyinə minnətdarlıq ediblər.

Tələbələrin keçdiikləri pedaqoji internatura may ayının 24-dək davam edəcəkdir.

Filialın Mətbuat Xidməti.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.