BDU-nun Qazax filialının tələbələri Keşikçidağ Dövlət Mədəniyyət qoruğunda olub
- Nəşr edilib 23.06.2025 12:04

BDU-nun Qazax filialının tələbələri Keşikçidağ Dövlət Mədəniyyət qoruğunda olub
Bakı Dövlət Universitetinin Qazax filialının Tarix ixtisasının IV kurs tələbələri tədris təcrübəsi çərçivəsində Keşikçidağ Dövlət Mədəniyyət qoruğunda olublar.
Filialın baş müəllimi Ülviyyə Bayramovanın rəhbərliyi ilə baş tutan səfər zamanı tələbələr İlham Əliyev zirvəsini ziyarət edib, Keşikçidağ mağaralar şəbəkəsi ilə yaxından tanış olublar.
Tələbələr eyni zamanda, AMEA-nın arxeoloqları tərəfindən Yovşanlıtəpədə aparılan arxeoloji qazıntılarda iştirak ediblər.
Səfərin təşkilinə görə Keşikçidağ Dövlət Mədəniyyət Qoruğunun rəhbərliyinə təşəkkürümüzü bildiririk.
Filialın Mətbuat Xidməti














































































































































