XƏBƏRLƏR

BDU Qazax filialının tələbələrinə Gənclər və İdman Nazirliyinin sertifkatları verilib

BDU Qazax filialının tələbələrinə Gənclər və İdman Nazirliyinin sertifkatları verilib

Azərbaycan Respublikasının  Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə 13-16 noyabr  2026-cı il tarixində “İdeyadan alqoritmə” adlı gənclərin süni intellekt düşərgəsi təşkil edilib. Şəki şəhərində keçirilən düşərgədə Bakı Dövlət Universiteti Qazax filialını 3 tələbə təmsil edib. 3 gün davam edən düşərgədə gənclər təlimlərdə və praktiki məşğələlərdə iştirak edib, süni itellektə aid proqramları öyrəniblər. Düşərgənin sonunda tələbələrimiz Gənclər və İdman Nazirliyinin sertifkatlarına layiq görülüblər.

BDU Qazax filialının direktoru Arif Rüstəmov süni itellekt düşərgəsində iştirak etmiş tələbələri qəbul edib. Direktor qazandıqları uğura görə tələbələri təbrik edərək xoş arzularını bildirib. Sonra filialın Riyaziyyat və informatika müəllimliyi ixtisasının IV kurs tələbələrindən Vüqar Namazlı və Nuran Bayramova, həmin ixtisasın II kurs tələbəsi Qönçə Xəlilovaya nazirliyin sertifkatlarını təqdim edib. Görüşün sonunda xatirə şəkli çəkilib.

  Filialın Mətbuat Xidməti

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.