XƏBƏRLƏR

BDU Qazax filialında Zəfər Gününə həsr olunmuş sərgi təşkil olunub

BDU Qazax filialında Zəfər Gününə həsr olunmuş sərgi təşkil olunub

Bakı Dövlət Universitetinin Qazax filialında 44 günlük Vətən müharibəsində qazanılan Tarixi Qələbəmizə həsr olunmuş “8 Noyabr - Zəfər Günü” adlı tələbələrin rəsm və əl işlərindən ibarət sərgi təşkil edilib. Filialın foyesində təşkil edilən sərgidə 44 tələbənin 22 əl işi və rəsmi nümayiş olunur.

BDU Qazax filialının direktoru Arif Rüstmov filialın professor-müəllim heyəti ilə birlikdə sərgiyə baxış keçirib. Gənclərin əl işlərini yüksək qiymətləndirən A.Rüstəmov bildirib ki, keçirilən sərginin əsas məqsədi tələbələrin vətənpərvərlik ruhunda tərbiyəsi işinin davamlı təşkilinə nail olmaq, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi qəhrəmanlıq və qazanılmış möhtəşəm tarixi Zəfəri əsərlərdə nümayiş etdirməkdən ibarətdir. Eyni zamanda, sərgi xüsusi istedada malik olan tələbələri üzə çıxarmaq, onların yaradıcılıq bacarıqlarının inkişafına dəstək vermək, gənclərin bədii-estetik zövqünü formalaşdırmaq məqsədini daşıyır.

Sərgidə nümayiş olunan əl işləri filialın baş müəllimi Cəmilə Qarayevanın rəhbərliyi altında hazırlanıb.

Filialın Mətbuat Xidməti.

BİZİMLƏ ƏLAQƏ

  • Mobil - (022)296 22 94
               (055)621 03 53
  • Email: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.
  • Ünvan: Qazax, H.Əliyev prospekti, 150
  • Redaktor: Elçin İsmayıl.

BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI SOSİAL ŞƏBƏKƏLƏRDƏ

 

  Copyright ©RNS-2023. BAKI DÖVLƏT UNİVERSİTETİNİN QAZAX FİLİALI.  Müəllif hüquqları qorunur.