Xəbərlər

Xəbərlər (10)

BDU-nun Qazax filialında Milli Qurtuluş Gününə həsr olunmuş “Milli dövlətçiliyimizin xilaskarı” mövzusunda tədbir keçirilib Azərbaycanın düşmənin hərbi təcavüzünə məruz qalmış, hakimiyyətdaxili çəkişmələr, ağır sosial-iqtisadi böhranla qarşılaşmış ölkənin bütün bunları aradan qaldıracaq liderə ehtiyacı var idi. Xalq əmin idi ki, Azərbaycanı düçar olduğu vəziyyətdən çıxarmağa qadir yeganə şəxsiyyət məhz Ulu Öndər Heydər Əliyevdir. 1993-cü il iyunun 9-da Heydər Əliyev xalqın təkidli çağırışı ilə Bakıya gəldi. Böyük dövlətçilik təcrübəsinə malik olan Heydər Əliyev müdrik qərarları, qətiyyətli addımları ilə ölkəmizi siyasi böhrandan və…
BDU-nun Qazax Filialında “İnsan hüquqlarının müdafiəsi” mövzusunda “Dəyirmi masa” keçirilib Bakı Dövlət Universitetinin Qazax filialında “İnsan hüquqlarının müdafiəsi” mövzusunda “Dəyirmi masa” keçirilib. Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə professor-müəllim heyəti, tələbələr iştirak edib. Filialın direktoru Arif Rüstəmov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. Qeyd edib ki, çəmiyyət yaranandan bəri insan hüquqlarının müdafiəsi uğrunda mübarizə gedir. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycanda bu sahədə böyük uğurlar əldə edilib. Ölkəmizin dövlət quruculuğunun əsasını insan hüquq və…
İcra başçısı BDU-nun Qazax filialında yaz imtahan sessiyasında iştirak edən tələbələrlə görüşüb Bu gün tam əminliklə deyə bilərik ki, son illər Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın ölkəmizdə elm və təhsilin inkişafına göstərdikləri qayğı, bu istiqamətdə imzalanan çoxsaylı fərman və sərəncamlar Azərbaycan təhsilinin dünya standartlarına uyğun qurulmasına böyük zəmin yaradıb. Bunu respublikamızın bütün bölgələrində yeni məktəb binalarının tikintisindən, əsaslı və ya cari təmir olunmasından, məktəblərin, ali təhsil ocaqlarının maddi-texniki bazasının gücləndirilməsindən, müəllimlərin əməkhaqlarının, tələbələrin təqaüdlərinin ildən-ilə artırılmasından aydın şəkildə…
Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Şuşa – dünən, bu gün, sabah” mövzusunda respublika elmi konfransı keçirilib. Tehsil.biz xəbər verir ki, BDU-nun Qazax filialında keçirilən konfransda AMEA Gəncə bölməsinin, Gəncə Dövlət Universitetinin, Bakı Dövlət Universitetinin, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, universitetin Quba, Cəlilabad, Ağcabədi filiallarının, Azərbaycan Dövlət Aqrar Universitetinin, Mingəçevir Dövlət Universitetinin, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin nümayəndələri, BDU-nun Qazax filialının professor, müəllim-tələbə heyəti iştirak ediblər. Konfrans öz işinə şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla…
 Təhsil, Mədəniyyət, Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə cari tədris ili ərzində keçiriləcək Məktəblilərin Respublika Yaradıcılıq Festivalı çərçivəsində maarifləndirici təlimlər davam etdirilir. Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin əməkdaşları tərəfindən Dağlıq Şirvan zonası üzrə Şamaxı rayon Uşaq-Gənclər İnkişaf Mərkəzində, Şəki-Zaqatala zonası üzrə Rasim Ocaqov adına Şəki şəhər Uşaq-Gənclər İnkişaf Mərkəzində keçirilən təlimlərə ümumtəhsil məktəbləri və Uşaq-Gənclər İnkişaf mərkəzlərindən 80 nəfərdən artıq müəllim cəlb olunub. Təlimlər zamanı bildirilib ki, festivalın keçirilməsində əsas məqsəd məktəblilərdə yeni növ texnologiyalardan istifadə etməklə yaradıcı təfəkkür…