< < BDU-nun Qazax Filialında “İnsan hüquqlarının müdafiəsi” mövzusunda “Dəyirmi masa” keçirilib
Şənbə, 13 Aprel 2019 09:19

BDU-nun Qazax Filialında “İnsan hüquqlarının müdafiəsi” mövzusunda “Dəyirmi masa” keçirilib Featured

Rate this item
(0 votes)

BDU-nun Qazax Filialında “İnsan hüquqlarının müdafiəsi” mövzusunda “Dəyirmi masa” keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında “İnsan hüquqlarının müdafiəsi” mövzusunda “Dəyirmi masa” keçirilib. Filialın Heydər Əliyev auditoriyasında keçirilən tədbirdə professor-müəllim heyəti, tələbələr iştirak edib.

Filialın direktoru Arif  Rüstəmov giriş sözü ilə çıxış edərək keçirilən tədbirin məqsəd və əhəmiyyətindən söz açıb. Qeyd edib ki, çəmiyyət yaranandan bəri insan hüquqlarının müdafiəsi uğrunda mübarizə gedir. Qədim dövlətçilik tarixinə malik olan Azərbaycanda bu sahədə böyük uğurlar əldə edilib. Ölkəmizin dövlət quruculuğunun əsasını insan hüquq və azadlıqları təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının 158 maddəsindən 48-nin, bütövlükdə isə III fəslin insan hüquq və azadlıqlarına həsr edilməsi bunun əyani sübutudur. Eyni zamnda, Azərbaycan bu istiqamətdə BMT-nin, AŞ-nin bütün əsas müqavilələrini ratifikasiya edib.

A.Rüstəmov bildirib ki, humanizm dəyərlərinin əsas meyarı olan insan hüquq və azadlıqlarına hörmət Azərbaycanın dövlət siyasətinin əsasını təşkil edir. Azərbaycan Milli Məclisi Ulu Öndər Heydər Əliyevin müraciətindən sonra 2 noyabr 1998-ci ildə ölüm hökmünü ləğv edib, Şərqdə ilk ölkə olaraq bu humanist addımı atıb. Eyni zamanda, qadınların hüquq bərabərliyini tanıyan, qadınlara siyasi hüquqlar verən ilk Şərq dövləti kimi də Azərbaycan öz adını tarixə yazıb.   

Sonra tədbirdə İctimai və təbiət fənləri kafedrasının baş müəllimi Mübariz Süleymanov məruzə ilə çıxış edib.

Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov, İctimai və  təbiət  fənləri kafedrasının  baş müəllimləri Ülviyyə Bayramova və Fərqanə Şəhniyarova, Azərbaycan dili və ədəbiyyat müəllimliyi ixtisasının II kurs tələbəsi Azərin Əliyeva, təhsildə sosial-psixoloji xidmət ixtisasının II kurs tələbəsi Elmir Həsənli mövzu ilə bağlı çıxış edərək öz fikir və mülahizələrini bildiriblər.

Elçin İSMAYIL,

Filialın Mətbuat Xidmətinin rəhbəri

Read 804 times Last modified on Çərşənbə, 14 İyun 2023 06:06