BDU Qazax filialında elmi seminar keçirilib

BDU Qazax filialında elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialının Riyaziyyat və informatika kafedrasında müəllimlərin  pedaqoji və elmi səviyyəsinin yüksəldilməsi üçün təşkil olunan və müntəzəm olaraq davam etdirilən elmi seminarın 2024/2025-ci tədris ilinin II semestri üçün növbəti  məşğələsi olub.

Kafedranın baş müəllimi Şahilə Əmirova “Matrislər haqqında məlumat” mövzusunda  çıxış edib.

Məruzədən sonra seminar iştirakçılarının verdikləri suallar məruzəçi tərəfindən cavablandırılıb.

Filialın Mətbuat Xidməti