Azərbaycan könüllülük siyasətini həyata keçirən və dəstəkləyən nümunəvi ölkələrdən biridir. Bu sözləri jurnalistlərə Dövlət Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyinin təsis konfransında deyib.“Biz Dövlət Turizm Agentliyi olaraq ictimai təşəbbüsləri nəinki dəstəkləyir, eyni zamanda, könüllülük işi ilə bağlı layihələrdə iştirak edirik. Bununla bağlı ölkəmizdə qərar qəbul olunub, “Turizm Könüllüləri” Təşkilatı İctimai Birliyi yaradılıb. Bu konfransdan sonra…