Pedaqoji fənlər kafedrası haqqında

“Pedaqoji fənlər” kafedrası

Bakı Dövlət Universitetinin Qazax filialının əsas struktur bölməsindən biri olan “Pedaqoji fənlər” kafedrası mövcud Əsasnamə ilə müəyyən edilən səlahiyyətlər çərçivəsində Avropa təhsil sisteminə inteqrasiya şəraitində filialda müasir standartlara cavab verən yüksək səviyyəli kadr hazırlığı üçün tədris prosesinin planlaşdırılması, təşkili və həyata keçirilməsində iştirak edir. Kafedra öz fəaliyyətində Azərbaycan Respublikasının Təhsil Haqqında Qanununu, Azərbaycan Respublikasında Təhsilin inkişafı üzrə Dövlət Strategiyasını, Ali Təhsil sistemində İslahatlar üzrə Dövlət Proqramlarını, “Ali təhsil müəssisələrində kredit sistemi ilə tədrisin təşkili barədə nümunəvi Əsasnamə”ni, Filialın Əsasnaməsini, normativ aktları, Direktorun əmr, sərəncam və göstərişlərini, Filialın Direktorluğunun qərarlarını və bu Əsasnaməni, habelə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin və digər mərkəzi icra hakimiyyəti orqanlarının normativ-hüquqi aktlarını və elmi-metodiki tövsiyələrini rəhbər tutur. Pedaqoji fənlər”  kafedrası fakültə, kafedralar və filialın digər struktur bölmələri ilə əlaqəli fəaliyyət göstərir.

Kafedra BDU-nun Qazax filialının əsas tədris və elmi struktur bölməsi olub, bir və ya bir neçə yaxın  fənlər üzrə tədris, tədris-metodiki, elmi-tədqiqat və təhsil alanlar arasında tərbiyə işlərini həyata keçirir.

Kafedranın əməkdaşları tədris prosesi ilə yanaşı müəyyən plana uyğun olaraq öz ixtisasları üzrə elmi tədqiqat işləri aparır və alınan nəticələri uyğun elmi jurnallarda çap etdiirirlər.

Kafedra aşağıdakı vəzifələri yerinə yetirir:

“Pedaqoji fənlər” kafedrasında buraxılış ixtisasları və ixtisaslaşmaları aşağıdakılardır:

Bakalavriat təhsil səviyyəsi üzrə

  1. İbtidai sinif müəllimliyi (əyani);
  2. Məktəbəqədər təhsil (əyani);
  3. Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi (əyani);
  4. Təhsildə sosial-psixoloji xidmət (əyani).

Magistratura təhsil səviyyəsi üzrə

  1. İbtidai sinifdə tədrisin metodika və metodologiyası;
  2. Məktəbəqədər təlim və tərbiyənin metodika və metodologiyası.

“Pedaqoji fənlər” kafedrasınnın  13 nəfər əməkdaşı var.

1          Hamlet İlyasov            P.ü.f.d., Kafedra müdiri

2          Cəmilə Qarayeva       Müəllim

3          Nuridə Quliyeva          Müəllim

4          Gülnar Abdullayeva    Müəllim

5          Ələviyyə Ömərova      Müəllim

6          Ayşən Qasımova        Müəllim

7          Vəfa İlyasova  Müəllim

8          Gövhər Məmmədtağıyeva      Müəllim

9          Təhməz Novruzov      Müəllim

10        Oqtay Mahmudov       Müəllim

11        Leyla Məmmədova     Müəllim

12        Aygün İsmayılova       Müəllim

13        Aygün Rəhimova        Laborant

“Pedaqoji fənlər” kafedrasının Əsasnaməsi