BDU-nun Qazax filialında yaz semestrinin imtahan sessiyası başlayıb

BDU-nun Qazax filialında yaz semestrinin imtahan sessiyası başlayıb

1 iyun 2026-cı il tarixdən Bakı Dövlət Universitetinin Qazax filialında 2025-2026-cı tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb.

İmtahanlar əsasən yazılı, qismən də şifahi olmaqla iki növbədə keçirilir. Sessiya ərzində filial üzrə 70 qrupda(54 əyani, 16 qiyabi) 397 imtahan(322 əyani, 75 qiyabi) keçiriləcəkdir.

İmtahan sessiyası ilə bağlı filialda əvvəlcədən lazımi hazırlıq işləri görülüb. Təsdiq olunub siyahı üzrə müəllim-koordinatorlar imtahanların şəffaf və obyektiv keçirilməsinə nəzarət edir. İmtahanların nəticələri imtahan keçirilən gün tələbələrə elan olunur.

Sessiya ilə bağlı filialda əvvəlcədən lazımi hazırlıq işləri görülüb. Tələbələrin müraciətlərinin qəbulu və araşdırılması, onların biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə filialda İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərir.

Filialın direktoru Arif Rüstəmov sessiyanın ilk günü imtahan keçirilən auditoriyalarda olub, tələbələri maraqlandıran sualları cavablandırıb.

Yaz semestrinin imtahan sessiyası 5 həftə davam edəcəkdir.

Filialın Mətbuat Xidməti.