BDU Qazax filialının direktoru tələbələrin istehsalat təcrübəsi ilə maraqlanıb

BDU Qazax filialının direktoru tələbələrin istehsalat təcrübəsi ilə maraqlanıb

Bakı Dövlət Universitetinin Qazax filialının IV və V kurs tələbələri filialın müvafiq kafedralarında, rayonumuzun müxtəlif təhsil müəssisələrində, olimpiya-idman kompleksində, psixoloji mərkəzdə, dövlət müəssisələrinin yerli qurumlarında və bağçalarda istehsalat təcrübəsi keçirlər.

Filialın direktoru Arif Rüstəmov tələbələrin təcrübə keçdikləri yerlərdə olub, istehsalat təcrübələrinin gedişatı ilə maraqlanıb və lazımi tövsiyələrini verib.

 Filialın Mətbuat Xidməti.