BDU-nun Qazax filialının tələbələri beynəlxalq elmi konfransda iştirak edib

BDU-nun Qazax filialının tələbələri beynəlxalq elmi konfransda iştirak edib

Bakı Dövlət Universiteti Qazax filialının Tarix ixtisasının ikinci kurs tələbələri - Sərxan Qurbanov və Cabir Ağayev 10-11 aprel 2025 ci il tarixində Estoniya respublikasının paytaxtı Tallin şəhərində keçirilən "XIX international scientific conference" (XIX beynəlxalq elmi konfransda) onlayn şəklində iştirak ediblər. "Current questions of modern science" (Müasir elmin cari məsələləri) başlığı altında keçirilən konfrans iki gün davam edib.

Beynəlxalq elmi konfransda tələbələrimiz "Teaching history: The impact of modern teaching tools on skills development"(Tarixin tədrisi: müasir tədris alətlərinin tədris bacarıqlarının inkişafına təsiri) adlı məqalə ilə çıxış ediblər. Məqalə konfrans iştirakçılarının böyük marağına səbəb olub.

Filialın Mətbuat Xidməti