BDU-nun Qazax filialında elmi seminar keçirilib

BDU-nun Qazax filialında elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialının Dil, ədəbiyyat və onların tədrisi metodikası kafedrasında növbəti elmi seminar keçirilib. Seminarda kafedranın  baş müəllimi Balabəyim Qədimova “Şagirdlərdə ifadəli oxu bacarığının formalaşdırılması” mövzusunda çıxış edib.

Filialın Tədris və elmi işlər üzrə direktor müavini dosent Məmməd Yusifov, kafedranın müdiri filologiya üzrə fəlsəfə doktoru İradə Arıxova, kafedranın baş müəllimlərindən Hikmət Yusifov və Şəhla İbrahimova, kafedranın müəllimlərindən Ceyran Əliyeva, Nərmin Mahmudova və Əfranə Həsənli seminarda çıxış edərək mövzu ilə bağlı öz fikirlərini bildiriblər.

Filialın Mətbuat Xidməti