STEAM klubunda “Tinkercad” proqramı üzrə təqdimat keçirilib

STEAM  klubunda  “Tinkercad” proqramı  üzrə təqdimat  keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında fəaliyyət göstərən STEAM klubunda  “Tinkercad” proqramı  üzrə təqdimat keçirilib. Tədbirdə Riyaziyyat və informatika müəllimliyi ixtisasının IV kurs tələbələri 3D modelləşdirmə bacarıqlarını nümayış etdirərək öz  hazırladıqları dizaynları təqdim  ediblər.

Texnologiya  yönümlü düşüncənin  inkişafı və  rəqəmsal  yaradıcılığın təşviqi məqsədi  ilə  təşkil  olunan tədbir Riyaziyyat və informatika kafedrasının baş müəllimi Sevinc  Lahıcova və Fizika tədrisi laboratoriyasının müdiri Könül Ənsərovanın rəhbərliyi altında keçib.

Filialın Mətbuat Xidməti.