BDU-nun Qazax filialında qış imtahan sessiyası uğurla başa çatıb

BDU-nun Qazax filialında qış imtahan sessiyası uğurla başa çatıb

Bakı Dövlət Univbersitetinin Qazax filialında qış imtahan sessiyası uğurla başa çatıb. Yanvarın 6-dan start verilən imtahanlar əsasən yazılı, qismən də şifahi olmaqla iki növbədə keçirilib. 17 ixtisas üzrə keçirilən imtahanlarda gün ərzində orta hesabla 320-350 nəfər tələbə olmaqla 1733 tələbə iştirak edib. Sessiya ərzində əyani, qiyabi və magistratura daxil olmaqla filial üzrə 576 imtahan keçirilib. İmtahan sessiyasında tələbələrin müvəffəqiyyət göstərticisi 83,03 faiz, keyfiyyət göstəricisi isə 31,63 faiz olub.

Qış imtahan sessiyası ilə bağlı filialda əvvəlcədən lazımi hazırlıq işləri görülüb. Təsdiq olunub siyahı üzrə müəllim-koordinatorlar imtahanların şəffaf və obyektiv keçirilməsinə nəzarət edib. İmtahanların nəticələri imtahan keçirilən gün tələbələrə elan olunub.

Sessiya müddətində tələbələrin müraciətlərinin qəbulu və araşdırılması, onların biliyinin qiymətləndirilməsində obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə İmtahan Qərargahı və Apellyasiya Komissiyası fəaliyyət göstərib.

Filialın direktoru Arif Rüstəmov imtahanların gedişinə nəzarət etmək üçün mütəmadi olaraq imtahan keçirilən auditoriyalarda olub, tələbələri maraqlandıran sualları cavablandırıb.

BDU-nun Qazax filialında 28 dekabr 2024-cü il tarixində başlayıb 5 həftə davam edən qış imtahan sessiyası uğurla başa çatıb.

Filialın Mətbuat Xidməti