BDU-nun Qazax filialının mühafizəçiləri təşəkkürnamə ilə təltif edilib

BDU-nun Qazax filialının mühafizəçiləri təşəkkürnamə ilə təltif edilib

Bakı Dövlət Universitetinin Qazax filialında mühafizə xidmətini yerinə yetirən “GESCO” ASC-nin Qərb regional nünayəndəliyinin mühafizəçiləri nümunəvi xidmətə, mühafizəni yüksək səviyyədə təşkil etdiklərinə görə təltif edilib.

Xidmətləri dövründə mühafizəçilər filialda yüksək nizam-intizamı təmin edib, dəfələrlə tələbələrin itmiş əşyalarını taparaq sahiblərinə qaytarıb, öz nümunəvi xidmətləri ilə kollektivin rəğbətini qazanıblar. Ona görə də filialın professor-müəllim heyəti, eləcə də tələbələr mühafizəçilərin xidmətindən razılıq edirlər. Bütün bunları nəzərə alaraq filialın rəhbərliyi bu günlərdə “GESCO” ASC-nin  rəhbərliyinə minnətdarlıq məktubu göndərib.

Filialın direktoru Arif Rüstəmov bu gün filialda xidmət göstərən “GESCO” ASC-nin Qərb regional nünayəndəliyinin mühafizəçilərini qəbul edərək öz xidməti vəzifələrini yüksək səviyyədə yerinə yetirdiklərinə görə onlara minnətdarlığını bildirib, gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Sonra Arif Rüstəmov filialda xidmət göstərən mühafizəçiləri – növbə rəisi Fariz Xasayev, baş mühafizəçi Ayaz İsmayılov, mühafizəçilərdən Kamran Namazov, Sərxan Həsənli, Elmin Əliyev, İsmayıl Qarasaqqalov, Kənan Məmmədov və Elbəy Kərimlini Təşəkkürnamə ilə təltif edib.

Filialın Mətbuat Xidmət