BDU-nun Qazax filialının tələbələri “Poliqon” hərbi-vətənpərvərlik düşərgəsində iştirak edib.

BDU-nun Qazax filialının tələbələri “Poliqon” hərbi-vətənpərvərlik düşərgəsində iştirak edib.

Gənclər və İdman Nazirliyi tərəfindən ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə Quba İstirahət, İdman, Təlim vəTədris Kompleksində “Poliqon” hərbi-vətənpərvərlik düşərgəsi keçirilir.

Düşərgənin keçirilməsində məqsəd gənclərdə vətənpərvərlik, milli qürur və milli ləyaqət ruhunun gücləndirilməsi, habelə mənəvi-psixoloji və hərbi-fiziki hazırlığını artırmaq, eyni zamanda şanlı Zəfər tarixini təbliğ etməkdir.

Quba İstirahət, İdman, Təlim və Tədris Kompleksində keçirilən Poliqon” hərbi-vətənpərvərlik düşərgəsində BDU-nun Qazax filialının 50 nəfər tələbəsi iştirak edir.

Düşərgə 13-15 dekabr tarixlərini əhatə edəcəkdir.