BDU-nun Qazax filialının İctimai və təbiət fənləri kafedrasının elmi seminarı olub
- Nəşr edilib 23.11.2024 10:39
- Çap

BDU-nun Qazax filialının İctimai və təbiət fənləri kafedrasının elmi seminarı olub
Bakı Dövlət Universitetinin Qazax filialında filialın İctimai və təbiət fənləri kafedrasında elmi seminar olub. Kafedranın baş müəllimi Mübariz Süleymanovun “XX əsrin II yarısından etibarən reallaşan istilik-nüvə müharibəsi təhlükəsi və bunun real prespektivləri” mövzusunda elmi seminarı dinlənilib.
Filialın Elmi işlər üzrə komissiyası və “İctimai və təbiət fənləri” kafedrasının birgə təşkilatçılığı ilə keçirilən seminarda kafedra müdiri dosent Arif Veyisov, kafedranın baş müəllimi Ülviyyə Bayramova, müəllimlərdən İndira Vəliyeva, Veyis Adıgözəlov və Kənan Abbasov çıxış edib.
Filialın Mətbuat Xidməti