“Məktəbəqədər yaşlı uşaqların ekoloji tərbiyəsində təbiətin imkanlarından istifadənin yolları” adlı mövzuda praktik dərs keçirilib
- Nəşr edilib 08.11.2024 13:00
- Çap

BDU Qazax filialında 01.11.2024-cü il tarixində MT-1-22 qrupunda “Məktəbəqədər yaşlı uşaqların ekoloji tərbiyəsində təbiətin imkanlarından istifadənin yolları” adlı mövzuda praktik dərs keçirilib
BDU Qazax filialının Pedaqoji fənlər kafedrasının müəllimi Vəfa İlyasova və MT 1-22 qrupunun bütün tələbələri praktik dərsdə iştirak ediblər. Dərsin məqsədi məktəbəqədər yaşlı uşaqların ekoloji tərbiyəsində təbiətin imkanlarından istifadə etmək, təbiətimizi sevmək, təmiz saxlamaq və qorumaqdır. Filialın Tədris və elmi işlər üzrə direktor müavini Məmməd Yusifov praktik dərsin təşkilinə görə müəllim Vəfa İlyasovaya və MT-1-22 qrupunun tələbələrinə öz təşəkkürünü bildirdi
Filialın Mətbuat Xidməti


