BDU Qazax filialının əməkdaşları şəhid leytenant Məhəmməd Məmmədovun ildönümündə iştirak edib

BDU Qazax filialının əməkdaşları şəhid leytenant  Məhəmməd Məmmədovun ildönümündə iştirak edib

Bakı Dövlət Unioversitetinin Qazax filialının əməkdaşları filialın məzunu şəhid leytenanat Məməmməd Məmmədovun ildönümü mərasimində iştirak ediblər. Qazax rayonunun  Alpout kəndində keçirilən mərasimdə iştirak edən əməkdaşlar şəhidin ailə üzvlərinə başsağlığı verib, onun adının ədəbiləşməsi üçün filial tərəfindən görülmüş tədbirlərin davam etdiriləcəyini bildiriblər.

Qeyd edək ki, Məmmədov Məhəmməd Zakir oğlu 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksəlmiş, ölümündən sonra “Vətən uğrunda”, “Laçının azad olunmasına görə”, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. BDU Qazax filialının rəhbərliyinin dəstəyi ilə filialın Mətuat Xidmətinin rəhbəri, şair-publisist Elçin İsmayıl tərəfindən yazılmış “Adını tarixə yazdı” adlı kitab çap olunub. Eyni zamnda, şəhidin adının əbədiləşdirilməsi məqsədilə filialın foyesində “Şəhid leytenant Məhəmməd Məmmədov ” adlı foto-stend yaradılmışdır.

Filailın Mətbuat Xidməti