BDU Qazax filialının tələbələri nazir Fərid Qayıbovla görüşdə iştirak ediblər

BDU Qazax filialının tələbələri nazir Fərid Qayıbovla görüşdə iştirak ediblər

Oktyabrın 4-də Gənclər və İdman naziri Fərid Qayıbov Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzində tələbə-gənclərlə görüş keçirib. Görüşdə ADA Universitetinin magistrləri və Bakı Dövlət Universiteti Qazax filialının tələbələri iştirak edib.

Nazir Fərid Qayıbov əvvəlcə Mərkəzin tarixi, fəaliyyəti və burada yaradılmış şəraitlə tanış olub.

Görüşdə Fərid Qayıbov gənclərin suallarını cavablandırıb, gələcək planları, nailiyyətləri və fəaliyyətləri ilə maraqlanıb, təklif və arzularını dinləyib.

Filialın Mətbuat Xidməti.