BDU-nun Qazax filialının İctimai və təbiət fənləri kafedrasında “İkinci Qarabağ müharibəsi” mövzusunda elmi seminar keçirilib

BDU-nun Qazax filialının İctimai və təbiət fənləri kafedrasında “İkinci Qarabağ müharibəsi” mövzusunda elmi seminar keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında filialın İctimai və təbiət fənləri kafedrasında elmi seminar olub. Filialın Elmi işlər üzrə komissiyasının və İctimai və təbiət fənləri kafedrasının birgə təşkilatçılığı ilə keçirilən seminarda filialın Tədris və elmi işlər üzrə direktor müavini dosent Məmməd Yusifov, kafedra müdiri dosent Arif Veyisov və kafedranın digər əməkdaşları iştirak edib.

Elmi seminarda kafedranın müəllimi İndira Vəliyeva “İkinci Qarabağ müharibəsi” mövzusunda çıxış edib. O, mövzu haqqında ətraflı məlumatlar verərək 44 günlük müharibəsindən, işğaldan azad olunan torpaqlarımızdan və tarixi Şanlı Qələbəmizdən ətraflı söz açıb.         

Sonra seminarda iştirak edən müəllimlərlə birlikdə diskussiya şəklində müzakirələr aparılıb.               

Filialın Mətbuat Xidməti