BDU-nun Qazax filialında Müstəqillik Gününə həsr olunmuş intellektual yarış keçirilib

BDU-nun Qazax filialında Müstəqillik Gününə həsr olunmuş intellektual yarış keçirilib

Bakı Dövlət Universitetinin Qazax filialında tələbələr arasında 28 may–Müstəqillik Gününə həsr olunmuş  intellektual yarış keçirilib. Yarış “Qazax Gənclər evi” sosial xidmət müəssisəsi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Qazax–Tovuz regional  nümayəndəliyinin birgə təşkilatçılığı ilə təşkil olunub.

“Nə? Harada? Nə zaman? formatında keçirilən bilik yarışına 7 komanda qoşulub. Hər komandanın tərkibində 5 gəncin qatıldığı yarş gərgin bilik mübarizəsi şəraitində keçib.

Yekun nəticələrinə görə “Unidet Front” komandası intellektual yarışın qalibi olub. ”İntelligentlər” komandası II yeri, “Legend” komandası isə III  yeri tutub.

İlk 3 pillədə  qərarlaşan  komandaların üzvləri diplomlarla təltif olunub.

Filialın Mətbuat Xidməti