BDU Qazax filialı Direktorluğunun iclası keçirilib

BDU Qazax filialı Direktorluğunun iclası keçirilib

15.05.2024-cü il tarixində Bakı Dövlət Universitetinin Qazax filialı Direktorluğunun növbəti  iclası keçirilib. Filialın direktoru Arif Rüstəmov iclası açıq elan edərək gündəlikdə duran məsəslələr haqqında iştirakçılara məlumat verib.

İclasın gündəliyinə daxil olan BDU-nun Qazax filialında akkreditasiyaya hazırlıq prosesinin gedişatı haqqında, sonuncu kurs tələbələrinin keçdikləri təcrübə haqqında hesabatlarının qiymətləndirilməsi üzrə  komissiyaların yaradılması haqqında məsələlər geniş müzakirə olunub. Filialın kafedra müdirləri və aidiyyatı struktur rəhbərləri tərəfindən akkreditasiya ilə bağlı görülmüş işlər barədə ətraflı məlumat verilib. Aparılan geniş müzakirələrdən sonra görülmüş işlər qənaətbəxş hesab olunub.

Filialın direktoru Arif Rüstəmov məlumatları dinlədikdən sonra kafedra müdirlərinə və aidiyyatı struktur rəhbərlərinə müvafiq tapşırıq və tövsiyələrini verib.

İclasda eyni zamanda, bir sıra cari məsələlər də müzakirə olunub.

Filialın Mətbuat Xidməti